Azərbaycan Kuboku:
İdman
132
21:30, Bu gün

Azərbaycan Kuboku: "Turan Tovuz" "Kəpəz"ə qalib gəlib

Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Turan Tovuz" "Kəpəz"ə qalib gəlib.

Moderator.az-ın məlumatına görə, "Azərsun Arena"da baş tutan cütün ilk oyununda Tovuz kollektivi 1:0 hesablı qələbə qazanıb.

Qolu 57-ci dəqiqədə Hayderson Hurtado vurub.

Bu raundda sevinən tərəf növbəti mərhələdə "Sumqayıt" - "Zirə" qarşılaşmasının (ilk oyun - 0:0) qalibi ilə münasibətlərə aydınlıq gətirəcək.

1/4 final mərhələsinin cavab matçları martın əvvəlində baş tutacaq.

Qeyd edək ki, bu raundun əvvəlki matçlarında "Sabah" "Qəbələ" ilə, "Sumqayıt" isə "Zirə" ilə qolsuz bərabərə qalıb. "Şamaxı" isə evdə "Qarabağ"ı 2:1 hesabı ilə üstələyib.

Link kopyalandı!
Son xəbərlər