19:21
1°C
Bakı
"Borussiya Dortmund"un əfsanəvi futbolçusu Marko Roys karyerasını Qazaxıstanda davam etdirə bilər.
Moderator.az xəbər verir ki, Qazaxıstan təmsilçisi "Aktöbe" 36 yaşlı hücumçuya təklif göndərib.
Qeyd edək ki, Marko Roys 2024-cü ildən MLS çempionatında "Los-Anceles Qalaksi" klubunda çıxış edir.
Xatırladaq ki, "Aktöbe" klubu bir müddət əvvəl Portuqaliya milli komandası ilə futbol üzrə 2016-cı il Avropa çempionatının qalibi olan Nanini heyətinə qatıb.
