İdman
124
17:25, Bu gün

"Qarabağ" "Şamaxı"ya məğlub oldu

"Qarabağ" Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda səfərdə "Şamaxı" ilə üz-üzə gəlib.

Moderator.az xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən qarşılaşma "Şamaxı"nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Şamaxı"nın heyətində 26 və 41-ci dəqiqələrdə Karim Rossi fərqlənib. Ağdam təmsilçisinin yeganə qolunu isə 76-cı dəqiqədə Musa Qurbanlı vurub.

Cavab oyunu martın 3-də "Qarabağ"ın meydanında keçiriləcək. Cütün qalibi yarımfinal mərhələsində "Sumqayıt" - "Zirə" duelinin qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, günün növbəti matçında "Turan Tovuz" və "Kəpəz" komandaları üz-üzə gələcək. "Azersun Arena"da baş tutacaq matç saat 19:00-da start götürəcək.

Link kopyalandı!
Son xəbərlər