Bizi sosial şəbəkələrdən izləyin:
Bu gün futbol tarixinin ən yaxşı futbolçularından biri hesab edilən Kriştianu Ronaldunun doğum günüdür.
Moderator.az xəbər verir ki, Portuqaliya millisinin və "Ən-Nəsr"in ulduz futbolçusu bu gün 41 yaşını qeyd edir.
Karyerası ərzində 1 308 oyuna çıxıb, 961 qol və 260 assistlə yadda qalan ulduz futbolçu daha əvvəl "Sportinq", "Mançester Yunayted", "Real Madrid" və "Yuventus"da da forma geyinib.
Futboldakı uğurları ilə yaddaşlarda qalan Ronaldu 2007-2008 mövsümündə Avropada "Qızıl buts" mükafatının sahibi olmağı bacarıb.
Kriştianu Ronaldu 2009-cu il yanvarın 12-də "Dünyada İlin Futbolçusu" mükafatını qazanan ilk Premyer Liqa oyunçusudur.
Ronaldu karyerası boyunca 2008, 2013, 2014, 2016 və 2017-ci illərdə "Qızıl top" mükafatına layiq görülüb.
Kriştianu Ronaldu ümumilikdə üç dəfə FIFA-nın "Dünyada İlin Futbolçusu", dörd dəfə UEFA-nın "İlin Futbolçusu", 13 dəfə də oynadığı ölkələrdə ilin futbolçusu adlarına layiq görülüb. Bir dəfə FIFA-nın "Puşkaş mükafatı"nın qalibi olub, çıxış etdiyi liqalarda saysız-hesabsız titul qazanıb. /oxu.az/