Yarımçıq dayandırılmış
İdman
219
12:16, Bu gün

Yarımçıq dayandırılmış "Qəbələ" - "Turan Tovuz" matçı nə vaxt keçiriləcək?

Misli Premyer Liqasının 14-cü turundan təxirə salınmış "Qəbələ" - "Turan Tovuz" görüşünün vaxtı açıqlanıb.

Moderator.az Peşəkar Futbol Liqasının (PFL) saytına istinadən xəbər verir ki, görüş fevralın 24-də keçiriləcək və saat 15:00-da başlayacaq.

Xatırladaq ki, ötən il dekabrın 25-də oynanılan "Qəbələ" - "Turan Tovuz" matçı qatı duman səbəbindən 24-cü dəqiqədə yarımçıq dayandırılmışdı. PFL-in qərarına əsasən, əhəmiyyətli hissəsi oynanılmadan yarımçıq dayandırılmış qarşılaşma yeni oyun kimi keçiriləcək. Klublar baş tutacaq oyunda sifariş vərəqəsində mövcud olan futbolçulardan istifadə edəcəklər. 24-cü dəqiqədə dayandırılan oyun üçün qüvvədə olan cəzalar Misli Premyer Liqasının növbəti oyunlarına şamil ediləcək.

24 fevral (çərşənbə axşamı)

15:00."Qəbələ" - "Turan Tovuz"

Qəbələ şəhər stadionu

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər