İdman
256
02 Feb 2026 | 22:47

"Atletiko" Ademola Lukmanın transferini açıqlayıb

İspaniyanın "Atletiko" komandası İtaliya təmsilçisi "Atalanata"nın hücumçusu Ademola Lukmanı transfer edib.

Moderator.az xəbər verir ki, bu barədə La Liqa klubunun mətbuat xidməti məlumat yayıb.

28 yaşlı nigeriyalı futbolçu ilə 2030-cu ilə qədər müqavilə imzalanıb. Sözügedən keçid Madrid kollektivinə 35 milyon avroya başa gəlib.

Qeyd edək ki, Lukman 2022-ci ildən "Atalanta"da çıxış edirdi. O, bu komandanın heyətində 137 oyun keçirib, 55 qol vurub və 27 məhsuldar ötürmə edib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər