İdman
329
20:10, Bu gün

"Barselona"nın hücumçusu zədələndi: Kubok oyununda olmayacaq

"Barselona"nın hücumçusu zədələnib.

Moderator.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, komandanın 29 yaşlı hücumçusu Rafinyanın sağ budunun əzələsi dartılıb. Futbolçu zədə səbəbindən bir həftə yaşıl meydanlardan uzaq qalacaq.

Bu da o deməkdir ki, braziliyalı futbolçu İspaniya Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Albasete"yə qarşı keçiriləcək oyunda iştirak etməyəcək.

Qeyd edək ki, "Barselona"nın əsas heyət oyunçusu Rafinya bu mövsüm 22 oyunda iştirak edib və 13 qol vurub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər