Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycan Premyer Liqasının XVIII turunda “Qarabağ” və “Turan Tovuz” komandaları üz-üzə gəlib.
Moderator.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Baş hakim Elçin Məsiyevin idarə etdiyi görüşdə qolu 41-ci dəqiqədə Abdullah Zubir vurub.
Bu nəticədən sonra Qurban Qurbanovun komandası 39 xalla turnir cədvəlinin 2-ci, Kurban Berdıyevin kollektivi isə 30 xalla 3-cü pillədə yer alır.
Qeyd edək ki, bu gün baş tutan digər qarşılaşmada “Neftçi” səfərdə “Araz-Naxçıvan”ı 4:0 hesabı ilə məğlub edib. Turun daha öncə baş tutan oyunlarında “Sumqayıt” səfərdə “Karvan-Yevlax”ı, “Şamaxı” “Kəpəz”i 2:0, “Sabah” “Zirə”ni 3:1, “Qəbələ” isə evdə “İmişli”ni 3:2 hesabı ilə məğlub edib.