Bu gün Azərbaycan Premyer Liqasında XVIII tura yekun vurulacaq.
Moderator.az xəbər verir ki, turun son oyun günündə 2 qarşılaşma keçiriləcək.
Günün ilk matçında “Araz-Naxçıvan” “Liv Bona Dea Arena”da “Neftçi”ni qəbul edəcək. Hazırda “qırmızı-ağlar” 27 xalla turnir cədvəlinin 6-cı, “ağ-qaralar” isə 21 xalla 8-ci pilləsində qərarlaşıb.
Günün son matçında isə “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Turan Tovuz”u qəbul edəcək. Hazırda Qurban Qurbanovun komandası 36 xalla turnir cədvəlinin 2-ci, “Turan Tovuz” isə 30 xalla 3-cü pilləsində qərarlaşıb.
Azərbaycan Premyer Liqası
XVIII tur
1 fevral (bazar)
16:00. “Araz-Naxçıvan” – “Neftçi”
Hakimlər: Rauf Cabarov, Zeynal Zeynalov, Şirmamed Məmmədov, Alik Yunusov
VAR: Vüqar Həsənli
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Nəriman Axundov
“Liv Bona Dea Arena”
18:30. “Qarabağ” – “Turan Tovuz”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov
VAR: Rəşad Əhmədov
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Tofiq Bəhramov adına Respublika stadionu
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Sumqayıt” səfərdə “Karvan-Yevlax”ı, “Şamaxı” “Kəpəz”i 2:0, “Sabah” “Zirə”ni 3:1, “Qəbələ” isə evdə “İmişli”ni 3:2 hesabı ilə məğlub edib.