Rafael Fiziyev UFC 325 turnirində texniki nokautla məğlub oldu -VİDEO
İdman
142
09:34, Bu gün

Rafael Fiziyev UFC 325 turnirində texniki nokautla məğlub oldu -VİDEO

Yüngül çəki dərəcəsində çıxış edən azərbaycanlı MMA döyüşçüsü Rafael Fiziyev Sidneydə (Avstraliya) keçirilən UFC 325 turnirində braziliyalı Maurisio Ruffiyə məğlub olub.

Moderator.az xəbər verir ki, hakim ikinci raundun başa çatmasına 30 saniyə qalmış, Fiziyevin silsilə zərbələr buraxmasından sonra döyüşü dayandırıb.

Ruffiyə texniki nokautla qələbə verilib.

32 yaşlı Fiziyev 13 qələbə müqabilində karyerasında beşinci məğlubiyyətini alıb. 29 yaşlı Ruffinin isə indi 13 qələbəsi və iki məğlubiyyəti var.
 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər