01:33
5°C
Bakı
İtaliya A Seriyasının 23-cü turunda "Napoli" və "Fiorentina" arasında keçirilən oyun başa çatıb.
Moderator.az xəbər verir ki, görüş İtaliyanın Neapol şəhərindəki Dieqo Armando Maradona stadionunda baş tutub.
Görüşü romalı hakim Federiko La Penna idarə edib.
"Napoli"nin yarımmüdafiəçisi Antonio Verqara 11-ci dəqiqədə qapıçı Aleks Meretin ötürməsini qola çevirib. İkinci hissədə, 49-cu dəqiqədə "Napoli"nin müdafiəçisi Migel Qutyerres komandasının üstünlüyünü artırıb. Qonaqların hücumçusu Manor Solomon 57-ci dəqiqədə qollardan birinin əvəzini çıxıb.
"Napoli 23 oyundan sonra 46 xalla İtaliya çempionatının turnir cədvəlində üçüncü yerdə, lider "İnter Milan"dan altı xal geridədir. "Fiorentina" 17 xalla 18-ci yerdə qərarlaşıb.