Luis Enrikenin PSJ-dən gedir?
İdman
138
22:12, Bu gün

Luis Enrikenin PSJ-dən gedir?

PSJ klubu Luis Enrikeyə 2030-cu ilin yayına qədər müqavilə təklif edib.

Moderator.az oxu.az-a istinadən xəbər verir ki, Enrikenin müqaviləsinin 2027-ci ildə bitəcəyi ilə bağlı xəbərlərə baxmayaraq, məşqçi yeni müqavilənin razılaşdırılmasının son mərhələsindədir.

İspaniyalı mütəxəssis Parisdə özünü rahat hiss edir və yaydan əvvəl gələcəyi ilə bağlı qərar vermək istəyir ki, qarşıdakı mövsümə hazırlaşa bilsin.

İddia olunur ki, PSJ rəhbərliyinin Enrikeyə 2030-cu ilə qədər müqavilə təklif etməsi təsadüfi deyil, çünki idman direktoru Luis Kamposun müqaviləsi də həmin vaxt başa çatır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər