İdman
515
31 Jan 2026 | 21:35

"Arsenal" "Lids Yunayted"i məğlub etdi

2025/2026 mövsümünün İngiltərə Premyer Liqasının 24-cü turunda "Lids Yunayted" və "Arsenal" arasında keçirilən oyun başa çatıb. London komandası oyunu 4-0 hesabı ilə qazanıb.

Oyun Lidsdəki "Elland Road" stadionunda baş tutub.

Görüşə Stüart Atvell hakimlik edib.

Martin Subimendi 27-ci dəqiqədə hesabı açaraq qonaqlara üstünlük qazandırıb. Karl Darlou 38-ci dəqiqədə avtoqola imza atıb. Viktor Dyökereş 69-cu dəqiqədə londonluların üçüncü qolunu vurub. Qabriel Jesus isə 86-cı dəqiqədə oyunda son sözü deyib.

Bu matçdan sonra "Lids Yunayted" Premyer Liqanın turnir cədvəlində 26 xalla 16-cı yerdədir, "Arsenal" isə 53 xalla İngiltərə çempionatına başçılıq edir.

Link kopyalandı!
Son xəbərlər