“Mançester Siti”dən gedir
İdman
565
31 Jan 2026 | 20:55

“Mançester Siti”dən gedir

İngiltərənin “Nottinqem Forest” və “Mançester Siti” klubları qapıçı Ştefan Orteqanın transferi ilə bağlı tam razılığa gəliblər.

Moderator.az xarici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı alman qolkiper “Nottinqem Forest” klubu ilə 2025/2026 mövsümünün sonunadək nəzərdə tutulan müqavilə imzalayacaq.

Futbolçunun yanvarın 31-də tibbi müayinədən keçməsi planlaşdırılır.

Ştefan Orteqa 2022-ci ilin yayından etibarən “şəhərlilər”in formasını geyinir. Bu müddət ərzində qapıçı bütün turnirlər daxil olmaqla 56 oyunda iştirak edib və 25 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.

Link kopyalandı!
Son xəbərlər