İdman
134
15:05, Bu gün

"Flamenqo" Braziliya çempionatının ən bahalı transferini etdi

Braziliyanın "Flamenqo" klubu Lukas Paketаnı transfer edib.

Moderator.az "SkySports"a istinadən xəbər verir ki, "Flamenqo" bu transfer üçün "Vest Hem" klubuna 42 milyon avro ödəyib.

Bununla da 28 yaşlı yarımmüdafiəçi Braziliya çempionatına keçən ən bahalı futbolçu olub. Paketa Braziliya klubu ilə 2030-cu ilin dekabr ayına qədər müqavilə imzalayıb.

Qeyd edək ki, Lukas Paketa 2022-ci ildə "Vest Hem"in heyətinə qoşulub. O, klubun heyətində 139 oyuna çıxıb, 23 qol vurub və 15 məhsuldar ötürmə edib.

Flamenqo Braziliya çempionatının ən bahalı transferini etdi

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər