İdman
212
30 Jan 2026 | 23:50

"Qarabağ"ın Çempionlar Liqasında məğlub etdiyi klub yeni baş məşqçisini açıqlayıb

Almaniyanın "Ayntraxt" (Frankfurt) komandası baş məşqçi postuna Sloveniyanın "Sele" klubunun "sükanı arxasında" olan Albert Rieranı təyin edib.

Moderator.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

A.Riera 2024-cü ildən Sloveniya təmsilçisinə rəhbərlik edirdi.

Qeyd edək ki, "Qarabağ" cari mövsüm UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda "Ayntraxt"ı Bakıda 3:2 hesabı ilə məğlub edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər