19:11
7°C
Bakı
"Bavariya"nın yarımmüdafiəçisi Leon Qoretska mövsüm sonunda klubdan ayrılacaq.
Moderator.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Leon Qoretzka klubdakı səkkiz illik uğurlu karyerasından sonra bu yay "Bavariya"dan ayrılacaq. O vaxta qədər birlikdə daha çox titul qazanmaq üçün əlimizdən gələni edəcəyik!" - deyə "Bavariya"nın Mətbuat Xidmətinin bəyanatında bildirilib.
Qeyd edək ki, L.Qoretska 2018-ci ildə "Şalke" klubundan "Bavariya"ya transfer olunub. O, cari mövsümdə bütün turnirlərdə 28 matça çıxıb və bir qol vurub. "Transfermarkt" onun bazar dəyərini 15 milyon avro olaraq qiymətləndirir.