18:56
7°C
Bakı
UEFA-nın baş katibinin müavini Corco Marketti "Qarabağ"ı təbrik edib.
Moderator.az xəbər verir ki, Marketti bu təbriki İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində "Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanması münasibətilə edib.
O, təmsilçimizin pley-off mərhələsinə vəsiqə qazanmaqla hər kəsi təəccübləndirdiyini qeyd edib.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsini 10 xalla başa vuran "Qarabağ" turnir cədvəlində 22-ci yeri tutaraq pley-off mərhələsinə vəsiqə qazanıb. Komandamızın bu mərhələdə rəqibi İngiltərənin "Nyukasl Yunayted" klubu olacaq.