Rafael Fiziyev və rəqibi çəkiölçmə mərasimində iştirak ediblər
İdman
184
11:15, Bu gün

Rafael Fiziyev və rəqibi çəkiölçmə mərasimində iştirak ediblər

Yüngül çəki dərəcəsində UFC reytinqinin doqquzuncu pilləsində qərarlaşan azərbaycanlı döyüşçü Rafael Fiziyev və braziliyalı rəqibi Maurisio Ruffi arasında keçiriləcək qarşılaşma öncəsi rəsmi çəkiölçmə mərasimi baş tutub.
 
Moderator.az xəbər verir ki, Avstraliyanın Sidney şəhərində təşkil olunacaq UFC-325 turniri ərəfəsində "Ataman" ləqəbli idmançımız tərəzidə 70,53 kq, rəqibi isə 70,42 kq çəki nümayiş etdiriblər.
 
Döyüş fevralın 1-də baş tutacaq.
 
Qeyd edək ki, 32 yaşlı Rafael Fiziyevin aktivində 13 qələbə və 4 məğlubiyyət var. 29 yaşlı Maurisio Ruffi isə peşəkar karyerası ərzində keçirdiyi döyüşlərin 12-də qalib gəlib, 2-də isə məğlubiyyətlə üzləşib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər