Bizi sosial şəbəkələrdən izləyin:
Bu gün Misli Premyer Liqasında XVIII tura start veriləcək.
Moderator.az xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək.
Yevlax şəhər stadionunda "Karvan-Yevlax" "Sumqayıt"ı qəbul edəcək. Qarşılaşma saat 14:30-da start götürəcək.
Günün ikinci oyununda isə "Qəbələ" öz meydanında "İmişli" ilə üz-üzə gələcək. Matç saat 17:00-da başlayacaq.
Qeyd edək ki, tura fevralın 1-də yekun vurulacaq.
Misli Premyer Liqası
XVIII tur
30 yanvar
14:30, "Karvan-Yevlax" - "Sumqayıt"
Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Zöhrab Abbasov, Murad Səlimov.
VAR: İnqilab Məmmədov.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Yevlax şəhər stadionu.
17:00, "Qəbələ" - "İmişli"
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Kərim Zeynalov, Ruslan Quliyev.
VAR: Əliyar Ağayev.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Qəbələ şəhər stadionu.