23:05
5°C
Bakı
Praqanın "Slaviya" klubu UEFA Çempionlar Liqasında "Pafos" ilə matçda darmadağınlı məğlubiyyətə görə üzr istəyib və Kiprə gedən azarkeşlərə oyun biletlərinin pulunu geri qaytaracağını vəd edib.
Moderator.az xəbər verir ki, müvafiq bəyanat klubun saytında dərc olunub.
Oyun yanvarın 28-də baş tutub və Çexiya komandasının 1:4 hesablı məğlubiyyəti ilə başa çatıb. Hər iki klub pley-offa yüksələ bilməyib, eyni zamanda "Slaviya" ümumi mərhələdə keçirdiyi səkkiz oyunun heç birində qalib gəlməyib.
"Slaviya belə çıxış edə bilməz, xüsusən də Çempionlar Liqasında. Bizi dəstəkləmək üçün Kiprə gedən bütün azarkeşlərin biletlərinin dəyərini geri qaytaracağıq", - deyə klubdan bildirilib.