20:22
6°C
Bakı
"Real Madrid" mövsümün sonunda Alvaro Arbeloanın istefaya göndəriləcəyi təqdirdə baş məşqçi vəzifəsinə namizədini müəyyənləşdirib.
Moderator.az-ın məlumatına görə, bu barədə jurnalist Ramon Alvares de Mona sosial media hesabında məlumat yayıb.
Bildirilib ki, "Kral klubu" hazırda "Aston Villa"nın baş məşqçisi olan Unay Emerini dəvət etməyi planlaşdırır.
Məlumata görə, "Real Madrid" artıq mümkün tərəfdaşlığı müzakirə etmək üçün Emeri ilə danışıqlar aparıb. Bu təyinatın təfərrüatı hələlik məlum deyil.
Qeyd edək ki, Unay Emerinin rəhbərliyi altında "Aston Villa" İngiltərə Premyer Liqasında turnir cədvəlində üçüncü yerdədir.