Bizi sosial şəbəkələrdən izləyin:
PSJ-nin baş məşqçisi Luis Enrike UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"la qarşılaşmaq istədiyini bildirib.
Moderator.az xəbər verir ki, o bu barədə klubun rəsmi saytına açıqlamasında danışıb.
"Biz pley-offa vəsiqə qazanmağın nə qədər çətin olduğunu bilən bir komandayıq. Potensial rəqiblərimiz olan həm "Monako", həm də "Qarabağ"la oynamağa hazırıq. Ümid edirəm ki, püşkatmadan sonra rəqibimiz Fransa komandası olmayacaq. Çünki fransızlara qarşı oynamaqdan bezmişik. Başqa ölkəyə gedib "Qarabağ"la oynamaq daha yaxşıdır. Çətin səfər oyunlarına öyrəşmişik".
Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsini 10 xalla 22-ci sırada bitirən "Qarabağ" pley-offda İngiltərənin "Nyukasl Yunayted" və ya Fransanın PSJ klubu ilə üz-üzə gələcək. Bu raundun püşkü yanvarın 30-da atılacaq.