Fransalı müdafiəçi
İdman
140
13:34, Bu gün

Fransalı müdafiəçi "Qarabağ"a keçə bilər

"Qarabağ" qış transfer pəncərəsində ilk keçidini reallaşdırmağa yaxındır.

Moderator.az xəbər verir ki, Ağdam təmsilçisi Kiprin AEK klubundan Ceremi Qnali ilə razılıq əldə edib.

Bu barədə Kipr mətbuatı məlumat yayıb.

"Köhlən atlar" fransalı sol cinah müdafiəçisi üçün qarşı tərəfə 100 min avro ödəyəcək.

Qnalinin AEK-lə müqaviləsinin müddəti mayın sonuna qədərdir.

Qeyd edək ki, Ceremi Qnali 2024-cü ilin yayından AEK-in şərəfini qoruyur. O, cari mövsüm ərzində 26 oyunda iştirak edib. "Transfermarkt" portalı Qnalini 450 min avro qiymətində dəyərləndirir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər