"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin son turunda növbəti oyununa çıxır.
Moderator.az xəbər verir ki, təmsilçimiz "Enfild" stadionunda "Liverpul"un qonağıdır.
23:00
UEFA Çempionlar Liqasının liqa mərhələsinin son turunda üz-üzə gələcək İngiltərənin "Liverpul" və "Qarabağ" kollektivlərinin start heyətləri bəlli olub.
Moderator.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.
"Liverpul": Alisson Bekker, Frimponq, Qravenberx, Van Deyk (k), Robertson, Virts, Makallister, Soboslai, Salah, Ekitike, Qakpo;
"Qarabağ": Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir (k), Joni Montiel, Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VIII turunun "Liverpul" - "Qarabağ" qarşılaşması bu gün "Enfild"də, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.