Ferran Torres uzun fasilədən sonra
İdman
123
18:39, Bu gün

Ferran Torres uzun fasilədən sonra "Barselona"nın sıralarına dönüb

Ferran Torres uzun fasilədən sonra "Barselona"nın sıralarına dönüb.

Moderator.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.

Baş məşqçi Hans-Diter Flik bu gün UEFA Çempionlar Liqasının VIII turu çərçivəsində "Kopenhagen"lə (Danimarka) matç üçün heyəti açıqlayıb. Sağ ayağındakı əzələ zədəsini sağaldan ispaniyalı forvard da "Kamp Nou"da baş tutacaq oyunun iştirak ərizəsinə salınıb.

Buna baxmayaraq "Barselona"da itkilərin hələ də mövcud olduğu bildirilib. Zədəli Pedri, Qavi və Kristensenlə yanaşı, sarı vərəqə limitini dolduraraq cəzalı duruma düşən Frenki de Yonq da matçı buraxmalı olacaq.

Joau Kanselo isə turnir üçün sifariş edilməyib.

Qeyd edək ki, F.Torres ötən ay məşq zamanı əzələsindən zədə almışdı. "Barselona" - "Kopenhagen" matçı Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər