19:53
6°C
Bakı
"Sumqayıt" və "Araz-Naxçıvan"ın sabiq futbolçusu Qabil Əlizadə Azərbaycanın I Liqa təmsilçisi "Mingəçevir"ə keçib.
Moderator.az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.
25 yaşlı futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qabil Əlizadə karyerası ərzində "Karvan-Yevlax", "Sumqayıt" və "Araz-Naxçıvan" kimi klubların formasını geyinib.
Qeyd edək ki, "Mingəçevir" hazırda turnir cədvəlində 21 xalla 4-cü pillədə qərarlaşıb.