"Liverpul" UEFA Çempionlar Liqasında "Qarabağ"la oyun üçün heyətindəki çatışmazlıq səbəbindən akademiyanın mərkəz müdafiəçisi Amara Nallonu heyətə daxil edib.
Moderator.az xəbər verir ki, Arne Slot bu oyunda iki mərkəz müdafiəçisi - İbrahima Konate və Co Qomesdən yararlana bilməyəcəyi üçün bu addımı atmağa məcbur olub.
19 yaşlı futbolçu "Liverpul"un əsas komandasında cəmi iki dəfə meydana çıxıb və hər iki oyunda meydandan qovulub.
İngilis mediasında yayılan məlumata görə, Arne Slot müdafiədəki çatışmazlıq səbəbindən müdafiənin mərkəzində Vircil van Deyklə yanaşı yarımmüdafiəçi Vataru Endonu oynatmağı düşünür. O, Çempionlar Liqasında əvvəlki yeddi oyunun heç birində forma geyinməyib.
Qeyd edək ki, "Liverpul" - "Qarabağ" matçı bu gecə saat 00:00-da keçiriləcək.