İdman
292
27 Jan 2026 | 21:55

"Fənərbağça"nın keçmiş futbolçusu 45 yaşında yeni kluba keçdi

45 yaşlı ispaniyalı hücumçu Daniel Quisa yeni kluba keçib.

Moderator.az xəbər verir ki, bu barədə məlumatı Quizanın transfer olduğu "Xerez İndustryal" komandası sosial şəbəkə hesablarında paylaşıb.

Bununla da təcrübəli hücumçu uşaqlıq illərində futbolda ilk addımlarını atdığı kluba qayıtmış oldu.

Sözügedən klub İspaniya Əndəlüs Regional Liqasında çıxış edir.

Xatırladaq ki, Quisa 2008-2011-ci illərdə "Fənərbağça"nın formasını geyinib.

Fənərbağçanın keçmiş futbolçusu 45 yaşında yeni kluba keçdi

Link kopyalandı!
Son xəbərlər