İtaliya klubu Paulo Maldininin oğlunu transfer edib
İdman
280
27 Jan 2026 | 21:47

İtaliya klubu Paulo Maldininin oğlunu transfer edib

İtaliya təmsilçisi "Latsio" "Atalanta"nın futbolçusu Daniel Maldinini icarəyə götürdüyünü açıqlayıb.

Moderator.az xəbər verir ki, bu barədə Roma kollektivinin mətbuat xidməti məlumat yayıb.

24 yaşlı yarımmüdafiəçi cari mövsümün sonuna kimi "Latsio"da çıxış edəcək. O, 2025/2026 mövsümündə "Atalanta"nın heyətində 11 oyun keçirib və bir məhsuldar ötürmə edib.

Qeyd edək ki, Daniel Maldini "Milan"ın əfsanəvi futbolçusu Paulo Maldininin oğludur.

Link kopyalandı!
Son xəbərlər