"Sabah "Qalatasaray"a qarşı qalib gəlmək istəyirik. Əlimizdən gələni etməliyik".
Moderator.az xəbər verir ki, bu sözləri "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Qalatasaray"la oyun öncəsi açıqlamasında deyib.
İspaniyalı mütəxəssis bildirib ki, Türkiyə təmsilçisinin bütün futbolçularını izləyib:
"Hamısı müstəsna oyunçulardır. Əlimizdən gələni etməliyik. Bəzi çatışmazlıqlarımız var, görəcəyik. Leroy Sane burada fantastik idi. İlkay Gündoğan bizim kapitanımız olmuşdu, burada böyük uğurlar qazandı. Hər ikisi kluba böyük töhfələr verdi və mən onlara sonsuz minnətdaram. Sabah onları yenidən görməkdən məmnunam".
Qvardiola vurğulayıb ki, komandası ilk səkkizlikdə yer almağı hədəfləyir:
"Bu, çox çətin bir matçdır. ‘Qalatasaray" Türkiyənin ən böyük komandalarından biridir. Onlar çox keyfiyyətli futbolçular transfer edirlər. Sürətli və yüksək səviyyəli oyunçuları var".
Baş məşqçi Türkiyə klublarının Avropadakı roluna da toxunub:
"Türkiyə komandalarına qarşı səfərdə "Barselona", "Bavariya" və ya "Mançester Siti" ilə oynamamışam. Bu, "Qalatasaray" üçün də əla bir gecə olacaq. "Qalatasaray", "Fənərbağça" və "Beşiktaş" Avropada vacib klublardır. Bəzi oyunçularla danışmışam, atmosferin inanılmaz olduğunu deyirlər. Sabah axşam güclü dəstək gözləyirik. "Qalatasaray" çox yaxşı komandadır və biz onlara böyük hörmətlə yanaşırıq".
Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsində keçiriləcək "Mançester Siti" - "Qalatasaray" oyunu yanvarın 29-da Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.