Ceremi Frimponq:
İdman
115
19:45, Bu gün

Ceremi Frimponq: "Qələbə üçün əlimizdən gələni edəcəyik"

"Qələbə üçün əlimizdən gələni edəcəyik. Komanda yoldaşlarımla birlikdə bütün diqqətimizi "Qarabağ"la oyuna yönəltmişik".

Moderator.az xəbər verir ki, bunu İngiltərənin "Liverpul" klubunun futbolçusu Ceremi Frimponq evdə "Qarabağ"la keçirəcəkləri UEFA Çempionlar Liqası oyunundan öncə mətbuat konfransında deyib.

O, "Bayer Leverkuzen"də çıxış edərkən "Qarabağ"a qarşı oynadığı oyun barədə danışıb:

"Bu oyun əsl sürət qatarı idi. Yanılmıramsa, 2:0 və ya 3:0 geridə idik, amma dönüş edə bildik. Ona görə də onların nə qədər güclü olduqlarını yaxşı bilirəm. Şübhəsiz, Çempionlar Liqası səviyyəsində komandadır. Asan oyun olmayacaq. Biz tam hazırlıqlı olmalıyıq".

Qeyd edək ki, "Liverpul" - "Qarabağ" oyunu yanvarın 29-da Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər