20:29
2°C
Bakı
"Qarabağ"ın hücumçusu Aleksey Kaşuk bir sıra klubların maraq dairəsinə düşüb.
Moderator.az legioners.ua saytına istinadən xəbər verir ki, 25 yaşlı futbolçu ilə MLS, Səudiyyə Ərəbistanı, Polşa və İsrail klubları maraqlanır.
Məlumata görə, bu transferdə ən çox aktivlik göstərən ABŞ-nin MLS liqasında çıxış edən klublardır.
Qeyd edək ki, Aleksey Kaşuk bu mövsüm "Qarabağ"ın heyətində 25 oyunda meydana çıxıb, üç qol və üç məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun Ağdam təmsilçisi ilə mövcud müqaviləsi 2026/27 mövsümünün sonuna qədər qüvvədədir. Transfermarkt Kaşuku 1.8 milyon avro dəyərində qiymətləndirir.