Qadın boksçular arasında Azərbaycan çempionatı başa çatıb
İdman
185
19:15, Bu gün

Qadın boksçular arasında Azərbaycan çempionatı başa çatıb

Qadın boksçular arasında Azərbaycan çempionatında bu gün final döyüşləri keçirilib.

Bu barədə Moderator.az-a Azərbaycan Boks Federasiyasından məlumat verilib.

Bakı Boks Mərkəzində təşkil edilən yarışda Lalə Mədətova (55 kq) qızıl medal qazanıb. "Z-1" İdman Klubunun yetirməsi finalda Mehparə Məmmədovadan (MOİK) güclü olub - 5:0.

Cəmilə Sultanlı (Sumqayıt, 51 kq) da Azərbaycan çempionu tituluna yiyələnib. O, həlledici görüşdə Günel Rəhimovanı (DİN İC) 5:0 hesabı ilə məğlub edib.

Emili Rzayevanın ("Neftçi" İK, 60 kq) finalda rəqibi Səlbi Bayramova (Sumqayıt) olub. Hər üç raundu xeyrinə bitirən Bakı idmançısı yekunda 5:0 hesabı ilə qələbə qazanaraq birinci olub.

Fatimə Mehdiyeva (Gəncə, 65 kq) isə final görüşünün taleyinə ilk raundda aydınlıq gətirib. Leyli Bayramovaya (Quba) tam üstünlüklə qalib gələn Gəncə boksçusu ölkənin ən güclüsü adına sahib çıxıb.

Qeyd edək ki, yarışda Güləndam Aslanova (60 kq, "Qızıl əlcək" İK) və Özləm Həsənova (65 kq, AHİTA) çempionatı bürünc medalla başa vurublar.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər