21:17
3°C
Bakı
Dünya reytinqinin 3-cü qadın tennisçisi amerikalı Kori Qauff Avstraliya Açıq Çempionatında məğlub olduqdan sonra raketkasını darmadağın edib.
Moderator.az-ın RBC-yə istinadən verdiyi məlumata görə, 21 yaşlı Qauff dörddəbir finalda ukraynalı Elina Svitolinaya 6:1, 6:2 hesabı ilə məğlub olub.
Matçdan sonra Qauff raketkasını bir neçə dəfə çırparaq sındırıb.
Qauff ardıcıl ikinci il Avstraliya Açıq Çempionatının dörddəbir finalında uduzub və ən yaxşı nəticəsi 2024-cü ildə yarımfinala vəsiqə qazanması olub. Amerikalı, həmçinin ABŞ Açıq Çempionatlarında (2023) və Rolan Qarros (2025) qələbə qazanıb.