18:48
3°C
Bakı
Almaniyanın "Bavariya" klubu müdafiəçi Dayo Upamekanoya yeni müqavilə ilə bağlı tələb irəli sürüb.
Moderator.az "Bild" nəşrinə istinadən xəbər verir ki, klub 27 yaşlı futbolçudan təklifə fevralın ortalarına qədər cavab verməsini tələb edib.
Klub rəhbərliyi son təklif etdiyi müqavilə şərtlərini yaxşılaşdırmaq niyyətində deyil. Tərəflər arasında danışıqlar fransalı oyunçunun mövqeyi səbəbindən çətinləşib. Belə ki, onun meneceri yeni sözləşmədə 65 milyon avro sərbəst qalma məbləği ilə bağlı bəndin 2027-ci ilin yayında aktivləşməsini istəyir.
Qeyd edək ki, D.Upamekanonun "Bavariya" ilə hazırkı müqaviləsinin müddəti cari mövsümün sonuna qədər qüvvədədir.