Bizi sosial şəbəkələrdən izləyin:
"Neftçi" qapıçısı Rza Cəfərov ilə müqavilənin müddətini 2027/28-ci illər mövsümünün sonunadək artırıb.
Moderator.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytında məlumat verilib.
Ardınca 22 yaşlı qapıçı hər hansı bir satınalma şərti olmadan bu mövsümün sonunadək “Qəbələ” klubuna icarəyə verilib.
Qeyd edək ki, 2022/23-cü illər mövsümündə "Neftçi"nin şərəfini qoruyan gənc qolkiper bu müddət ərzində 63 rəsmi oyuna çıxıb.