Marselonun oğlu
İdman
416
12:51, Bu gün

Marselonun oğlu "Real" ilə ilk peşəkar müqaviləsini imzaladı

"Real" və Braziliya milli komandasının keçmiş müdafiəçisi Marselonun oğlu, 16 yaşlı hücumçu Enzo Alves Madrid klubu ilə ilk peşəkar müqaviləsini imzalayıb.
 
Moderator.az-ın xarici mediaya istinadla xəbərinə görə, Enzo Alves 2017-ci ildən bəri "Reald"da çıxış edir. O, "Real"ın 18 yaşadək futbolçulardan ibarət komandasında oynayır və bu mövsüm artıq üç oyunda iştirak edib.
 
Marselo 2007-ci ildən 2022-ci ilə qədər "Real"da oynayıb, 546 oyunda meydana çıxıb, 38 qol vurub və 104 məhsuldar ötürmə edib.
 
Link kopyalandı!
Son xəbərlər