12:17
3°C
Bakı
"Liverpul" UEFA Çempionlar Liqasının Liqa mərhələsinin sonuncu - VIII turunda "Qarabağ"a qarşı keçirəcəyi oyuna ciddi itkilərlə çıxacaq.
Moderator.az xəbər verir ki, İngiltərə təmsilçisi bu oyunda yeddi futbolçusundan istifadə edə bilməyəcək.
İngiltərə təmsilçisinin heyətində Co Qomes, Aleksander İsak, Konor Bredli, Stefan Baytçetiç, Federiko Kyeza və Covanni Leoni zədə səbəbindən komandalarına kömək edə bilməyəcəklər.
Komandanın əsas müdafiəçisi İbrahima Konateyə isə atasının keçən həftə vəfat etməsi səbəbindən ailəvi səbəblərlə icazə verilib.
Qeyd edək ki, "Liverpul" - "Qarabağ" oyunu yanvarın 29-da Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.