Bizi sosial şəbəkələrdən izləyin:
"Fənərbaxça" Ademola Lukmanın transferi ilə bağlı yenidən hərəkətə keçə bilər.
Moderator.az xəbər verir ki, Türkiyə nəhəngi, "Atalanta"nın nigeriyalı hücumçu üçün yüksək transfer haqqı tələb etməsi səbəbilə danışıqları dayandırmışdı. Türkiyənin "Sabah" qəzetinin məlumatına görə, İtaliya komandasının inadkarlığı qırılıb. "Atalanta" Ademola Lukman üçün tələb olunan məbləği 45 milyon avrodan 35 milyon avroya endirib.
Qeyd edək ki, "Fənərbaxça" Ademola Lukmanla bağlı razılığa gəldiyinə dair xəbərlər dərc edilmişdi.
(metbuat.az)