İdman
183
20:45, Bu gün

"Sabah"dan ayrılan Ayaz Quliyevin yeni klubu bəlli oldu

"Sabah" klubundan bu gün ayrılan futbolçu Ayaz Quliyev Rusiya klubuna keçib.

Moderator.az sport24.ru-ya istinadən xəbər verir ki, yarımmüdafiəçi karyerasını Tulanın "Arsenal" komandasında davam etdirəcək.

29 yaşlı oyunçu ilə bağlanan müqavilənin müddəti açıqlanmır. Futbolçu daha əvvəl 2021/2022 mövsümündə Tula təmsilçisində çıxış edib.

Ayaz Quliyev daha əvvəl "Anji", "Rostov", "Ximki" və "Spartak" klublarında da oynayıb.

O, 2023-cü ildən 2026-cı ilədək "Sabah"da çıxış edirdi. Futbolçu bu müddətdə komandanın heyətində 54 oyun keçirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər