İtaliya klubu qapıçısını stadionda unudub
İdman
138
18:20, Bu gün

İtaliya klubu qapıçısını stadionda unudub

İtaliyanın "Kremoneze" klubu "Sassuolo" ilə səfər oyunundan (0:1) sonra qapıçısı Emil Auderonu stadionda unudub.

Moderator.az "Sky Sports İtalia"ya istinadən xəbər verir ki, qolkiper oyundan sonra jurnalistlərlə söhbət edərkən "Kremoneze" komandasının avtobusu qapıçının nəqliyyat vasitəsinə minmədiyini fərq etmədən stadiondan ayrılıb.

"Sassuolo" komandasının xəbər verməsindən sonra "Kremoneze" klubunun rəhbərliyi qapıçı üçün xüsusi avtomobil sifariş edərək komandaya qoşulmasına şərait yaradıb.

Qeyd edək ki, Emil Audero cari mövsümdə "Kremoneze"nin heyətində müxtəlif turnirlərdə 19 matça çıxıb və qapısında 22 qol görüb.

İtaliya klubu qapıçısını stadionda unudub

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər