Bizi sosial şəbəkələrdən izləyin:
AFFA iki klubu texniki məğlubiyyətlə cəzalandırıb.
Moderator.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Belə ki, Region Liqasında yanvarın 18-nə təyin olunan "Hacıqabul" - "Bakı TFK" matçı qonaqların gəlmədiyinə görə baş tutmadığı üçün "Bakı TFK"ya 0:3 hesablı texniki məğlubiyyət verilib.
Eyni tarixdə Yüksək Qızlar Liqasında keçirilməli olan "Zaqatala QFK" - "Baku Juniors" qarşılaşması qonaq komandanın təyin olunan vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün Bakı klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.