13:27
9°C
Bakı
"Latsio" klubu "Atalanta"nın sol cinah müdafiəçisi Daniel Maldinini transfer etmək üçün danışıqlara başlayıb.
Moderator.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Bildirilib ki, "Latsio" 24 yaşlı müdafiəçini satınalma hüququ ilə icarəyə götürəcək. O, bu mövsüm "Atalanta"nın heyətində 11 dəfə meydana çıxıb və bir məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Daniel Maldini "Milan"ın əfsanəvi müdafiəçisi və kapitanı Paolo Maldininin oğludur.
