İtaliya A Seriyası: Kenan Yıldız fərqləndi,
İdman
113
25 Jan 2026 | 23:17

İtaliya A Seriyası: Kenan Yıldız fərqləndi, "Yuventus" böyük hesabla qalib gəldi

İtaliya A Seriyasının 22-ci turunda "Yuventus" doğma azarkeşləri önündə "Napoli"ni qəbul edib.

Moderator.az xəbər verir ki, qarşılaşmada meydan sahibləri qonaqlara aman verməyiblər.

"Qoca sinyora" Neapol təmsilçisinin qapısından üç cavabsız top keçirib. Qollara Conatan Devid (22), Kenan Yıldız (77) və Filip Kostiç (86) imza atıblar.

Bu qələbə sayəsində Turin klubu 42 xalla yarış cədvəlinin 4-cü pilləsinə yüksəlib. "Napoli" isə 43 xalla ilk üçlüyü qapayır.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər