“Qalatasaray” Yaser Asprilyanın transferini açıqlayıb
İdman
117
21:55, Bu gün

“Qalatasaray” Yaser Asprilyanın transferini açıqlayıb

“Qalatasaray” heyətini yeni futbolçu ilə gücləndirib.

Moderator.az xəbər verir ki, “sarı-qırmızılılar” “Jirona”nın formasını geyinən Yaser Asprilyanı transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı vinger mövsümün sonunadək icarə əsasında İstanbul təmsilçisinin şərəfini qoruyacaq.

Razılaşmaya əsasən, Kolumbiya millisinin üzvü mövsümün qalan hissəsi üçün Super Liqa təmsilçisindən 1,2 milyon avro məvacib alacaq.

Qeyd edək ki, Yaser Asprilya bu mövsüm "Jirona"nın heyətində meydana çıxdığı 17 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər