Xabi Alonso
İdman
121
17:58, Bu gün

Xabi Alonso "Liverpul" ilə danışıqlar aparır

"Liverpul" Xabi Alonso ilə onun baş məşqçi təyin olunması barədə əlaqə saxlayıb.

Moderator.az bu barədə AS nəşrinə istinadən xəbər verir.

Mənbənin məlumatına görə, tərəflər arasındakı danışıqlar uğurla keçib. "Real Madrid"in keçmiş məşqçisi futbolçu kimi çıxış etdiyi kluba rəhbərlik etməkdə maraqlıdır.

Hazırda "Liverpul"un hər matçı mersisaydlıların hazırkı baş məşqçisi Arne Slotun klubdakı perspektivləri baxımından ciddi şəkildə qiymətləndirilir.

Xabi Alonso 2025-ci ilin yayında "Real Madrid"ə rəhbərlik etməyə başlamışdı. Lakin artıq 2026-cı ilin əvvəlində ispaniyalı istefaya göndərilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər