İdman
92
14:40, Bu gün

"Barselona" 16 yaşlı futbolçunu transfer etməyə yaxındır

İspaniyanın "Barselona" klubu İngiltərənin "Norviç" komandasında çıxış edən 16 yaşlı hücumameyilli yarımmüdafiəçi Ajay Tavaresin transferini reallaşdırmağa yaxındır.

Moderator.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Kataloniyalılar 2009-cu il təvəllüdlü istedadlı futbolçu ilə müqavilə bağlamaq üçün son razılaşma mərhələsindədir.

Ajay Tavares "Norviç" klubunun gənclər akademiyasının yetirməsidir. O, cari mövsüm klubun U-18 kollektivində çıxış edib.

Qeyd edək ki, Ajay Tavares daha əvvəl Almaniyanın "Borussiya" (Dortmund), "Leypsiq", "Bavariya", İtaliyanın "Milan", "Yuventus", İngiltərənin "Arsenal", "Mançester Siti" və "Çelsi" kimi nəhəng klubların da maraq dairəsində olub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər