İdman
46
23:24, Bu gün

"Qalatasaray"dan inamlı qələbə

Türkiyə Super Liqasının 19-cu turunda “Qalatasaray” səfərdə “Fatih Karagümrük”lə qarşılaşıb.
 
Moderator.az xəbər verir ki, görüş İstanbul təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
 
Oyunda hesab erkən açılıb. Qonaqların heyətində Qabriel matçın 1-ci dəqiqəsində fərqlənərək komandasını önə çıxarıb. Meydan sahibləri 27-ci dəqiqədə Barış Kalaycının qolu ilə hesabı bərabərləşdirsələr də, “Qalatasaray” ikinci hissədə üstünlüyünü yenidən bərpa edib. Qabriel 51-ci dəqiqədə dubla imza atıb, 55-ci dəqiqədə isə Viktor Osimhen fərqi iki topa çatdırıb.
 
Hazırda "cim-bom" 46 xalla turnir cədvəlinə başçılıq edir. Komandanın ən yaxın izləyicisi "Fənərbağça" bir oyun az keçirməklə liderdən 4 xal geri qalır. "Fatih Karagümrük" isə isə 9 xalla sonuncu - 18-ci pillədədir.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər