Qurban Qurbanov Bəhlul Mustafazadəyə gələn transfer təkliflərindən danışdı
İdman
39
20:45, Bu gün

Qurban Qurbanov Bəhlul Mustafazadəyə gələn transfer təkliflərindən danışdı

"Tək Bəhlula yox, ümumiyyətlə, bəzi futbolçularla maraqlananlar var. Təkliflər gəlir, hələ “Liverpul”la oyuna köklənmişik. Konkret qərar verilməyib”.
 
Moderator.az Teleqraf-a istinadla xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XVII turunda “Kəpəz”ə 0:2 hesabı ilə uduzduqdan sonra mətbuat konfransında deyib.
 
Mütəxəssis Eıvin Cəfərquliyevlə bağlı isə kluba hər hansı rəsmi dəvət gəlmədiyini qeyd edib. Qurbanov 3 xal itirdikləri matçı belə şərh edib: “Asan oyunumuz olmayacaq. Bütün oyunlara maksimum motivasiya ilə çıxmalıyıq. Qarşıdakı bir-iki günü “Liverpul”la oyuna hazırlaşmalıyıq. Bədavinin zədəsi ciddi idi. Şiş çox böyük idi. Özüm gördüm pis oldum”.
 
Transferlərlə bağlı danışan Qurbanov Andre Klovis və Salim Faqo Lavalən bu siyahıda olmadığını deyib: “Danışıqlar gedən futbolçular var. Amma onlarla ümumiyyətlə danışıqlar aparılmır. Başa düşürük ki, mütləq şəkildə transfer lazımdır. Amma bu dəqiqə komandaya oyunçu gətirmək asan deyil”.
 
Qurbanov “Ayaks”la oyundan sonra onun haqqına girənlərə haqqını halal edib-etməməsi ilə bağlı suala belə cavab verib: “Haqqım varsa, hamıya halal edirəm. Çox insan yaxınlaşır ki, sizin barədə düz fikirləşməmişəm. Bu, neçə illərdir belə davam edir. 10-15 ildir bu, başıma gəlir. Düşünürəm, insandır, tanımayanda kənardan fikir bildirir. Haqqım halaldır. Bilmək olmaz, bu dünyadan bəlkə tez köçdük. Tez də köçsək, haqqım hamıya halaldır”.
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər